“Məni və 5 balamı bu zülmdən qurtarın” ​​​​​​​Lerik sakinindən Prezidentə və Birinci vitse prezidentə müraciət / VİDEO, FOTO

15.12.2025

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Lerik rayonu, Vizezemin kənd sakini Hüseynova Ülviyyə Söhbət qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

“Cənab Prezident!

Hörmətli Birinci vitse-prezident!

Sizlər daima xalqın yanında olub, problemlərini həll etmisiniz. Sizin mərhəmətinizə və gücünüzə inamım sonsuzdur.

Bildirim ki, 5 uşaq anasıyam. Evim qəzalı vəziyyətdədir. Otağın biri belə, normal halda deyil ki, balalarımı başıma yığıb, dolanım.

Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm. Gəlib baxış keçiriblər, amma heç bir kömək etmirlər.

Gələcəyin əsgərini, anasını böyüdürəm. Evim sözün əsl mənasında başıma ucur. Yenisini tikməyə imkanım yoxdur. 5 uşaqla yağışın, tozun, torpağın altında qalmışıq. Görünür, uşaqlarımın birinin başını taxta parçası yarmasa mənə kömək edən olmayacaq.

Cənab İlham Əliyev!

Hörmətli Mehriban xanım!

İndiyədəl bütün qurumlara müraciət etmişəm. Amma problemim həllini tapmır. Sizdən xahiş edirəm, məni və 5 balamı bu zülmdən qurtarın. Tapşırıq verin, bizə kömək etsinlər”.

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti də olduğu kimi dərc edirik:

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Share

Tweet

Email

Share

Share


Lerik hava bugun
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью