Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
2008-ci ildə ölkəmizi ilk dəfə "Avroviziya" mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə yenidən yarışmaya getmək istəyir.
Bu haqda sənətçi Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, hər dəfə ona müsabiqəyə ikinci dəfə qatılmaqla bağlı sual ünvanlanır:
"Hamıya demək istəyirəm ki, niyə bu sualı mənə verirsiniz? İstəyərsiniz "Avroviziya"ya yenidən gedim? Onda bir sorğu açsınlar. Hələ vaxta var. Mənə çox səs verilsin və yenidən beynəlxalq müsabiqəyə qatılım. Əgər dəvət alsam, əlbəttə yenidən gedərəm. Niyə getməyim?".
Qeyd edək ki, Samir 2008-ci ildə Elnur Hüseynovla birlikdə "Day After Day" mahnısı ilə ölkəmizi "Avroviziya"da təmsil edib. Onlar səkkizinci yerə çıxıblar.