Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Nazpəri Dostəliyeva ona pislik edənlərdən danışıb.
Axşam.az xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi həmin şəxslərin kimliyini bildiyi halda onlara heç nə demədiyini söyləyib:
“Mənə pislik edənlər, zəhərləmək istəyənlər çox olub. Mən onların hamısının üstündən keçmişəm. Çünki məni Allah yaradıbsa, o da məni qoruyacaq. Yox, əgər onun yanında günahkaramsa, təkcə mənə verilən zəhərli çayla yox, düz getdiyim yolda da başıma bir iş gələ və ölə bilərəm. O insanların kim olduğunu bilmişəm. Amma onlara heç nə deməmişəm, üzlərinə vurmamışam. Rastlaşanda belə heç nə olmamış kimi davranmışam. Mən bağışlayıram, amma tanıyıram”.