Mənim ağlım başımdadır, plana uyğun hərəkət edirəm Putin

26.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Rusiya prezidenti Vladimir Putin özünü plana uyğun hərəkət edən balanslı şəxs adlandırıb.

Teleqraf.com xəbər verir ki, Putin MDB sammitinin və Leninqrad vilayətində keçirilən iclasın yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında "ilin sonuna kimi özünüzdən nəsə gözləyirsinizmi" sualına belə cavab verib.

"Rusiya Federasiyasının hakimiyyət orqanları bütün addımları koordinasiya edən sabit və proqnozlaşdırılan şəkildə hərəkət edir. Mən özümdən xüsusi bir şey gözləmirəm. Ağlım başımdadır. Özümü plana uyğun hərəkət edən, proqnozlaşdırıla bilən, balanslı bir insan hesab edirəm” - Putin qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью