Mənim atamın mülkündə tikilən evdən niyə mənə düşməsin? Aqil Abbasdan parlamentdə ETİRAZ

30.10.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Ağdamda atamın 6 otağı, 8 sot torpağı şəhərin mərkəzində idi. Beş bacı, iki qardaşıq, bizə ev düşmür. Bu dəqiqə Ağdamda böyük tikinti gedir. İlk əvvəl məşiət şəraiti yaxşı olmayanları köçürürlər".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Aqil Abbas deyib.

"1970-ci ildən Bakıda yaşayıram. Qaçqın, məcburi köçkün statusu daşımıram. Mənim atamın mülkündə tikilən evdən niyə mənə düşməsin?" - deyə deputat bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью