Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. 3 Dekabr. Beynəlxalq əlilliyi olan şəxslər günü.
Bu gün həyata inamla baxan, öz iradəsi ilə hər maneəni aşan şəxslərin günüdür.
Qəlbi əlil olmayanların… Həyatımızda qazandığımız uğurlar iradə və istəyimizdən asılıdır.
Bakuplus.az-ın budəfəki qəhrəmanı Alik Cəfərov da əzmi və iradəsi sayəsində qarşısına qoyduğu hədəflərinə tək-tək çatıb.
Əllərini hərəkət etdirə bilməyən Alik bütün işlərini ayağı ilə görür. Onun öz dünyası, öz zövqü var. Alik Cəfərov 1986-cı ildə anadan olub.
O, doğulduğundan bu günə qədər serebral iflicdən əziyyət çəkir. Buna baxmayaraq həyatını adi insanlar kimi davam etməyə çalışır.
3×4-ə şəkil çap edir, rəsm çəkir, kompüteri dərinliyindən öyrənir.
Bütün bu işləri görməkdə onun ən yaxın köməkçisi, arxa-dayağı olan anası Naibə xanımdır.