News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. 3 Dekabr.
Beynəlxalq əlilliyi olan şəxslər günü.Bu gün həyata inamla baxan, öz iradəsi ilə hər maneəni aşan şəxslərin günüdür.
Qəlbi əlil olmayanların…Həyatımızda qazandığımız uğurlar iradə və istəyimizdən asılıdır.News24.az xəbər verir ki, Bakuplus.az-ın budəfəki qəhrəmanı Alik Cəfərov da əzmi və iradəsi sayəsində qarşısına qoyduğu hədəflərinə tək-tək çatıb.
Əllərini hərəkət etdirə bilməyən Alik bütün işlərini ayağı ilə görür. Onun öz dünyası, öz zövqü var.Alik Cəfərov 1986-cı ildə anadan olub.
O, doğulduğundan bu günə qədər serebral iflicdən əziyyət çəkir. Buna baxmayaraq həyatını adi insanlar kimi davam etməyə çalışır.
3×4-ə şəkil çap edir, rəsm çəkir, kompüteri dərinliyindən öyrənir.Bütün bu işləri görməkdə onun ən yaxın köməkçisi, arxa-dayağı olan anası Naibə xanımdır.
Alikin körpəliyindən bu günə kimi hər bir işində yorulmadan ona dəstək olub.Naibə Cəfərova saytımıza bildirib ki, Alikin xəstəliyini 1 yaşında müəyyən ediblər:“Alikin 1 yaşı olardı ki, onda serebral iflic xəstəliyinin olduğunu öyrəndik.
Həmin gündən müalicələr başladı. Şükür bu günə. Alik çox yaxşı övladdır.