Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günay Baxşəliyeva ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı xanımının ad günündə ona sevgisini belə ifadə edib:
Günayım, ad günün mübarək! İllər keçdikcə daha yaxşı anlayıram ki, insanın həyatda ən böyük qazancı yanında doğru insanın olmasıdır! Mənim ən böyük qazancım da sənsən...
Sən mənə sadəcə həyat yoldaşım olmadın, mənə ailə oldun. Üstəlik, həyatımın ən böyük sərvətini – balalarımızı mənə bəxş etdin. Onlara baxanda düşünürəm ki, Allah mənə bundan gözəl nə verə bilərdi? Birlikdə çox şey yaşamışıq, çox yollar getmişik, saysız xatirələr toplamışıq. Amma mənim üçün ən duyğulu anın ən gözəl mənzərəsi yenə də evdir: sən və balalarımız yanımda... Dördümüz bir yerdə.
Səni tək sevdiyim qadın kimi yox, balalarımın anası, evimin istiliyi, ömrümün ən doğma insanı kimi sevirəm. Allah səni mənə və balalarımıza çox görməsin. Həmişə üzün gülsün, Günayım. Nə yaxşı ki, varsan. Nə yaxşı ki, mənim həyatımdasan. Ad günün mübarək, mənim Günayım!”.
Qeyd edək ki, Zaur və Günay cütlüyünün iki övladı var.