Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyədən ABŞ-yə köçən aktyor Tolqa Karel həyat yoldaşı Sara Skota romantik sözlər həsr edib.
Axşam.az xəbər verir ki, sənətçi paylaşımında sevginin zamanla deyil, hər gün yaşanan hisslərlə ölçüldüyünü vurğulayıb.
“Sevgi neçə günün keçməsi ilə deyil, hər gün nə qədər sevməyinlə bağlıdır. Hər sevgi hekayəsi gözəldir, amma bizimki mənim ən sevimli hekayəmdir. Səni özünün belə fərqində olmadığın milyonlarla davranışına görə sevdim” deyə, keçmiş aktyor yazıb.
Qeyd edək ki, Tolqa ilk dəfə Günay Musayeva ilə ailə qurub. Onların Cahangir adlı bir oğlu var. Cütlük 2015-ci ildə ayrılıb. Aktyor ikinci dəfə ailə qurduqdan sonra ABŞ-yə köçüb. Onun bu evlilikdən daha beş övladı var.