“Mənim hazırladığım geyimi Elza Seyidcahan başqa modelyerin adına çıxarıb, ona təşəkkür et…
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
“Göy “tiqrovu” paltarım, bijuteriyalarım, zərli və qara kofta, üstəlik də bir qara paltarım Elza Seyidcahanda qalıb.
Bu götürdüyü geyimlərin heç birini gətirməyib. Bir boyunbağım var idi, onu mənə hədiyyə vermişdilər. Həmin boyunbağını da məndən aldı.
Onu da gətirmədi, vermədi. Çox gözəl geyimlərim var idi. Sizinlə danışa-danışa yadıma düşür ki, nələrimi aparıb. Hələ çox şeyləri unutmuşam.
Qolbaq da var idi. Hər dəfə deyirdim ki, geyimlərimi gətirin, deyirdi ki, maşındadır, maşındadır. Deyirdim ki, maşın qarderobdur?
Amma gətirib çıxartmadı. Sonda deməkdən utandım, usandım” Bunu Moderator.az -a açıqlamasında tanınmış modelyer Şəlalə Maqsudova deyib.
O daha sonra əlavə edib: “Qızının toyundan sonra mən ondan uzaqlaşdım. Dedim ki, nə gəlmə, nə də səni görmək istəmirəm.
Qızının toyunda məni aldatdı. Qızının gəlin paltarını mənə tikdirdi. Birini mən tikdim, birini də modelyer Leyla Əhmədova tikdi.
Tam oxu
Xəbəri oxu