‘Mənim heç vaxt çətirim olmayıb” İsa Həbibbəyli KONKRET | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbib
Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, manset.az AMEA prezidenti İsa Həbibbəyli ilə əlaqə saxlayıb.
O, heç zaman çətirdən istifadə etmədiyini bildirib: “Həyatım boyu heç vaxt çətirdən istifadə etməmişəm.
Evimdə də çətirim olmayıb və hazırda da yoxdur. Dünən Şəhidlər xiyabanına çətirsiz və papaqsız gəlmişdim.
Hava küləkli olduğu və qar yağdığı üçün əməkdaşlardan biri mənə yaxınlaşaraq həm özünün, həm də mənim başıma çətir tutmuşdu.
Əvvəlcə bunu hiss etməmişdim. Bu hal cəmi bir neçə dəqiqə davam etdi. Ziyarət boyu başıaçıq və çətirsiz olmuşam.
Bunu televiziya kanallarının və xəbər portallarının çəkdiyi görüntülərdə də görə bilərsiniz.
Tam oxu
Xəbəri oxu