Mənim kimi avara dünyada yoxdur Alim Qasımov

23.01.2025

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

"Boş vaxtlarımda mənim kimi avara dünyada yoxdur. Bura o qədər məsuliyyətlidir ki, mən o qədər məsuliyyət daşıyıram ki..."

Bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Xalq artisti Alim Qasımov deyib.

"Mən sabah konsert verəcəmsə, indidən dərd-bəlaya düşürəm. Konsert bitdikdə o qədər həyəcanlı, məsuliyyətli anlar yaşadıqdan sonra baxırsan, 2-3 gün azadsan, uşaqdan da uşaq olursan. O azadlığı dəhşət yaşamaq istəyirsən", - deyə o bildirib. \\News24.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью