Mənim kimi müğənni Jiquli də gəzməlidi? Rolls Royce aldı

29.03.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Məşhur rusiyalı müğənni Maşa Rasputina sahib olduğu bahalı avtomobillə bağlı tənqidlərə cavab verib.

Axşam.az xəbər verir ki, ifaçı qatıldığı proqramda aparıcı ondan lüks avtomobilinin və daşınmaz əmlakının faktiki gəlirinə nə dərəcədə uyğun olduğunu soruşub. Müğənninin reaksiyası gözlənilmədən sərt oldu.

"Mən heç vaxt xaricdə ev sahibi olmamışam. Uşaqlar, mən kiməm? Mən Mariya Nikolayevna Rasputinayam. Rus pop ulduzuyam!", deyə müğənni bildirib.

Maşa həmçinin vurğulayıb ki, lüks həyat onun kimi bir insan üçün bir şıltaqlıq deyil, zərurətdir:

"Jiquli" sürməliyəm? Nə danışırsan? Bir düşün! Beləliklə, biz bahalı "Rolls-Royce" aldıq və indi konsertlərə, təqdimatlara onunla gedirəm. Dəbdəbəli şəkildə gəzməliyəm. Ulduzlar belə yaşamalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью