Mənim oyun fəlsəfəm budur Andrey Çemçenko

02.02.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XVIII turu çərçivəsində keçirilmiş "Araz-Naxçıvan" - "Neftçi" (0:4) oyunundan sonra mətbuat konfransı keçirilib.

Fanat.Az meydan sahiblərinin baş məşqçisi Andrey Demçenkonun səsləndirdiyi fikirləri təqdim edir:

"Birinci hissə bizim üçün uğursuz alındı. Standart vəziyyətlərdən qollar buraxdıq. Halbuki futbolçulara diqqətli olmağı tapşırmışdıq. İkinci hissəni daha yaxşı keçirdik, fərqlənmək üçün imkanlarımız oldu, təəssüf ki, realizə edə bilmədik.

Futbolçularıma hücumda daha çox oynamağı, rəqibi təzyiqdə saxlamağı tapşırmışdım. Çünki mənim oyun fəlsəfəm budur. Başa düşürəm, 0:4 hesablı ağır məğlubiyyətdir. Ancaq istədiyimizi 3 həftə ərzində aşılamaq, oyunçuların o cür oynamağına nail olmaq mümkün deyil.

Heyəti quran zaman məşq prosesində futbolçuların hazırlıq durumuna diqqət edir, verdiyimiz tapşırıqları kimin necə icra etdiyinə baxır və "11-liy"i ona əsaslanıb qururuq. Mənim üçün futbolçunun məşq prosesində etdikləri vacibdir".

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью