“Mənim sehrli dünyam” filmi beynəlxalq festivalda

10.10.2025

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” filmi 16-30 oktyabr tarixlərində Braziliyanın San-Paolo şəhərində keçiriləcək 49-cu San-Paolo Beynəlxalq Film Festivalının “Beynəlxalq perspektivlər” müsabiqəsində iştirak edəcək.

Kulis.az xəbər verir ki, dünya premyerası XV “goEast” Beynəlxalq Kino Festivalında baş tutan “Mənim sehrli dünyam” filmini rejissor öz ssenarisi əsasında çəkib.

Filmin prodüserləri Emil Nəcəfov (Ultra production) və Mariya İbrahimova (Cinex production), həmprodüserləri Olqa Matat, Sergey Konnov və Vlad Dudkodur (Evos Film, Ukrayna).

Qeyd edək ki, 49-cu San-Paolo Beynəlxalq Film Festivalında “Mənim sehrli dünyam” filminin yaradıcı heyətini prodüser Mariya İbrahimova və aktrisa Kəmalə İsrafilova təmsil edəcək.

Əlisəmid Kürün vəziyyəti açıqlandı 300 illik Naxçıvan xalçası İtaliyadan Azərbaycana gətiriləcək Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar filmin çəkilişlərinə başlanıldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью