Mənim sevgim alicənab bir dəlilikdir... Con Drayden

19.08.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün ingilis şair, dramaturq, tənqidçi Con Draydenin doğum günüdür.

Kulis.az onun yaradıcılığından məhəbbətə dair sitatları təqdim edir.

Məhəbbət hər zəkada bir cür hökm edər: nadanı aydınladar, aqili isə kor eylər.

***

Siyasətçilər nə sevər, nə də nifrət edərlər.

***

Sevgi ağrısı digər bütün zövqlərdən qat-qat şirindir.

***

Məhəbbətin mükafatı elə məhəbbətin özüdür.

***

Sevgi bizim seçimimiz deyil, taleyimizin hökmüdür.

***

Böyük əzəmətlər kiçik başlanğıclardan cücərər.

***

Qocalmışam, xanımların sevgisinə layiq deyiləm artıq, lakin gözəlliyin qüdrəti hələ də yadımdadır.

***

Qoy mərhəmət və xeyirxahlıq duyğularının əsas cəzb mənbəyi olsun. Çünki məqsədli sevginin sonu mütləq gələr; həqiqi fəzilət üzərində qurulan sevgi isə əbədi yaşayar.

***

Sevgi elə bir ehtirasdır ki, şərəfi alovlandırıb nəcib əməllərə çevirər.

***

Məhəbbət ya bərabərlik tapar, ya da onu özü yaradar.

***

Sevgi əlacı olmayan bir dərddir.

***

Şükürlər olsun Tanrıya, elə bir zəmanədə yaşayırıq ki, sevgi yolunda təkcə səhnədə can verirlər.

***

Mənim sevgim alicənab bir dəlilikdir.

***

Ah, sevmək nə qədər şirindir! Ah, gənc arzular nə qədər coşqundur!

Eşq alovuna ilk dəfə yaxınlaşanda necə də ləzzətli ağrılar dadırıq!

***

Məhəbbət ölməklə yaşamağın yolunu tapdı.

Xəbər gözləyərkən - Yeni hekayə Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında Şeiri və mistisizmi sənətə çevirən Uilyam Bleyk kim idi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью