Mənim sevimli komandam Real Madrid olub Sabiq Barselona lı

05.02.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Barselona"nın sabiq yarımmüdafiəçisi Kevin-Prins Boatenq qalmaqallı açıqlama ilə Kataloniya təmsilçisinin azarkeşlərini özündən çıxarıb.

Fanat.Az xəbər verir ki, qanalı futbolçunun sözlərini "Transfer News" belə çatdırıb:

"Mənim sevimli komandam "Real Madrid" olub. Kriştianu Ronaldunu da dünyanın ən yaxşı futbolçusu saymışam. Amma "Barselona"da oynamaq üçün mətbuat konfransında yalan danışmaq məcburiyyətində qaldım. Bilirdim ki, başqa cür mümkün deyil".

Xatırladaq ki, 2019-cu ildə "Barselona"da olan Boatenq "Herta", "Milan", "Tottenhem", "Ayntraxt" və başqa klubların da formasını geyinib.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью