“Mənim tanıdığım Qüdrət Həsənquliyev” Deputatın yazısı... | Icma.az
Icma.az bildirir, Demokrat.az portalına istinadən. Dəyərli həmkarım Qüdrət Həsənquliyevin 60 illik yubileyində onunla bağlı bəzi məqamları b
Qüdrət bəy elə bir insandır ki, ona hara qədər desən güvənmək olar.
Hə, razıyam, emosionaldır, çılğındır və bu fonda bəzən kimlərinsə gözünə yanlış olaraq “çətin adam” kimi də görünə bilər.
Amma...inanın, bütün səmimiyyətimlə deyirəm: Ən çətin anında, köməyə ən çox ehtiyac duyduğun vəziyyətdə dost, qardaş deyib 50 adama səslənsən, qapında birinci onu görərsən.
Üstəlik, tam təmənnasız, qarşılıq gözləmədən gələr. Gələr və əlindən gələn, mümkün olan hər şeyi edər.
Ki, hardasa, necəsə sənə bir faydası toxunsun.Qüdrət Həsənquliyev peşəkar hüquqşünas və praktik siyasətçidir.
O, illərin sınağından çıxan, böyük məktəb keçən, hər çətin anın, mübarizənin üzünü görən insandır.Qüdrət bəyin sözü bəzən kəsərli ya da acı ola bilər.
Fəqət, o, əsla və əsla oynamaz, imitasiya etməz, rola girməz! Çünki hər vəziyyətində özüdür. Çünki nə düşünürsə, onu danışır.
Tam oxu
Xəbəri oxu