“Mənim üçün böyük qardaş kimidir”

17.10.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Monako”nun hücumçusu Ansu Fati keçmiş komanda yoldaşı Pol Poqba ilə olan yaxın münasibətlərindən bəhs edib. 23 yaşlı ispaniyalı futbolçu fransalı yarımmüdafiəçini özünə böyük qardaş hesab etdiyini bildirib.

Futbolpress.az “Maxifoot” nəşrinə istinadən xəbər verir ki, Fati “Barselona”dan Fransa klubuna keçdikdən sonra Poqbanın ona göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Avqust ayında Poqba komandanı tərk etsə də, iki futbolçu arasındakı sıx əlaqə davam edir.

Mətbuata açıqlama verən hücumçu adaptasiya dövründə təcrübəli oyunçunun rolunu yüksək qiymətləndirib:

“O, mənim üçün böyük qardaş kimidir. Keçən il xüsusilə inzibati və komandaya uyğunlaşma məsələlərində mənə çox kömək etdi. İspan dilində çox yaxşı danışdığı üçün ünsiyyətimiz daha rahat alınırdı. İmkan tapdıqca görüşürük, həm futbol, həm də ümumi həyat barədə söhbət edirik”.

“Barselona”dan ayrıldıqdan sonra karyerasını bərpa etməyə çalışan Fati cari mövsümdə Fransa Liqa 1-də 1 matçda iştirak edib. Lakin o, Konfrans Liqasında Sofiya ÇSKA-sı üzərində qazanılan 2:1 hesablı qələbədə həlledici rol oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью