“Mənim üçün hər şey aydındır”

02.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin 2026-cı ildə “Qızıl top” mükafatına layiq gördüyü futbolçunun adını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli qolkiper bu mükafatı komanda yoldaşı Kilian Mbappe qazanmalı olduğunu bildirib:

“Mənim üçün hər şey aydındır, Mbappe dünyanın ən yaxşısıdır”.

Xatırladaq ki, 2025/26 mövsümünün yekunlarına əsasən “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda baş tutacaq. Prestijli mükafat uğrunda mübarizədə “Real”dan Kilian Mbappe ilə yanaşı, “Bavariya”nın hücumçusu Harri Keyn və “Barselona”nın gənc ulduzu Lamin Yamal da əsas favoritlər sırasında göstərilir.

Ötən mövsüm “Real”ın heyətində 44 rəsmi matçda 42 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan Mbappe üçün mövsüm titulsuz başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью