Mənim yontalanan vaxtım keçib Fərda efirdə əsəbləşdi (VİDEO)

17.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Tarixin bir günü" verilişində gərgin anlar yaşanıb.

"Unikal" xəbər verir ki, proqrama Türkiyədən telefon zəngi ilə qoşulan Faiq adlı şəxs aktyorları, "Komediyaxana"nı tənqid edib. Bundan başqa, o, verilişdə qonaq olan aktyor Fərda Xudaverdiyev haqqında "Onu yaxşı "yontalayıb", daha gözəl aktyor etmək mümkündür" deyə, ifadə işlədib.

Bu söz isə Fərdanı əsəbiləşdirib.

"25 ildir bu səhnədə olan birini tanımırsınız, siz kimsiniz? Üstəlik bu sahə üzrə təhsiliniz var. Bəs siz bilmirsiniz ki, efirdə Tarix Əliyevə (verilişin aparıcısı - red.) hörmət edirsinizsə, onun qonaqlarına da etməlisiniz. "Yontalamaq" nədir? Mən şəxsi nömrəmi də verə bilərəm, çıxanda danışarıq. Mənim "yontalanan" vaxtım keçib. Danışmazdan əvvəl internetə girib baxın". 



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью