Mənimlə evlənərsən, Müşkünaz? 8 MART REPORTAJI | Icma.az
Lent az saytına istinadən Icma.az xəbər verir. Ötən qarlı günlərdən sonra ilıq yaz havası insana qəşəng əhval-ruhiyyə verir.
Artıq qalın, ya nazik geyinməyə qərar verməkdə çətinlik çəkdiyimiz günlər başlayır.
8 Mart və oyanış… Bu dövrlərdə təbiətin oyanışı, yenilənməsi həm də insanların bioloji olaraq oyanışı, hormonlarının şıltaq dövrü sayılır və psixologiyamıza ciddi təsir edir.
Özəlliklə mart-aprel aylarında insanlar daha aktiv, üsyankar olur. Tarix xüsusilə bu dövrlərdə onlarla üsyana şahidlik edib.
İnsan da təbiətin bir hissəsi olduğuna görə, fəsillərin insanın ruh halına, motivasiyasına və kollektiv davranışına təsiri qaçılmazdır.
Mənə elə gəlir ki, Bu səbəbdən 8 Mart kimi simvolik bir günün məhz martda olması tək tarixi təsadüf yox, təbiətin və insanın içindəki oyanışın harmoniyasıdır.
Bu dövrdə baş verən Taypin üsyanı (Mart,1851) Boston çay qonaqlığı (Mart, 1773), Praqa Baharı (Aprel, 1968) və bir çox üsyanları buna misal çəkmək olar.
"Kukla teatrı"nın qarşısında avtobusdan enib Nizami küçəsinə çıxan yeraltı keçidə düşürəm.
Tam oxu
Xəbəri oxu