Meningit epidemiyası: 156 ölü

07.04.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Nigeriyada yayılan beyin qişası iltihabı (meningit) epidemiyası nəticəsində həyatını itirənlərin sayı artır.

Bakıvaxtı.az bu barədə ölkə mediasına istinadla xəbər verir.

Məlumata görə, yanvar ayından bu günə qədər xəstəlikdən ölənlərin sayı 156 nəfərə yüksəlib.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) yaydığı məlumata görə, epidemiya ölkənin 23 ştatına yayılıb.

Bu müddət ərzində 1858 yoluxma halı qeydə alınıb.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью