“Mənlə maraqlanan klublar var” Elgiz Kərəmli

31.05.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

1-ci liqanın qalibi “Şəfa”da maraqlı vəziyyət yaranıb.

Komandaya çempionluq yaşadan baş məşqçi ilə yollar ayrılıb. Söhbət Elgiz Kərəmlidən gedir. 34 yaşlı çalışdırıcı bir neçə gün əvvəl “Football-plus.az”a açıqlamasında paytaxt klubundan getdiyini təsdiqləmişdi. Bəs o, yola hansı klubda davam edəcək?

“Mənə “Şəfa”da köməkçi məşqçi vəzifəsi təklif olunsa da, bununla razılaşmadım. Maraqlanan klublar var. Hazırda çempionat yeni bitib. Bayram günləri və tətil bitəndən sonra rəsmi təkliflər gələcək”.


Qeyd edək ki, “Şəfa”nı həm 1-ci liqaya, həm də elitaya məhz Elgiz Kərəmli çıxarıb.
İSRAYIL XEYRULLAYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью