Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər 10 qadından 9-u menstruasiyadan əvvəl və menstruasiya zamanı bu və ya digər xoşagəlməz hallar, ağrılarla üzləşir.
Bu ağrıları azaltmaq üçün dərhal dərmanlara əl atmayın. Bəzi xalq təbabəti vasitələri sizə çox yaxşı kömək edə bilər.
Bu vasitələrin arasında: 1. Nanə Nanə spazmolitik xüsusiyyətlərə malikdir, ağrını və spazmı (sıxılma) azaldır. 1 ç.q.
quru nanə 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gündə 2 dəfə içilir. 2.
Zəncəfil Zəncəfilin də spazmoitik və həmçinin ağrısızlaşdıran və iltihabəleyhinə xüsusiyyətləri var.
3-4 sm uzunluqda təzə zəncəfil təmizlənir, sürtgəcdən keçirilir və 200 ml qaynar suda 30 dəqiqə ərzində dəmlənilir.
Bu dəmləməni 1/2 stəkan olmaqla gündə 2 dəfə içmək olar. Dəmləməyə 1 çay qaşığı bal və limon da əlavə edə bilərsiniz. 3.