Menstruasiya dövründə təbii qorunma necə olmalıdır? | Icma.az
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son illərdə qadınlar arasında dərmansız və tibbi müdaxiləsiz qorunma üsullarına maraq artmaqdadır.
Bu üsulların ən qədimlərindən və ən çox müzakirə olunanlarından biri menstruasiya dövrünə əsaslanan təbii qorunmadır.
Modern.az xatırladır ki, beynəlxalq tibbi ədəbiyyatda bu yanaşma əsasən “fertility awareness-based methods” yəni mayalanma qabiliyyətinin müşahidəsinə əsaslanan üsullar adı ilə tanınır.Lakin bu metodun sadə görünməsi onun eyni zamanda təhlükəsiz və səhvsiz olduğu anlamına gəlmir.
Əksinə, səhv başa düşüldükdə planlaşdırılmamış hamiləlik riskini ciddi şəkildə artırır.
Menstruasiya dövrü: orqanizmdə nə baş verir?Menstruasiya dövrü qadın orqanizmində hormonların təsiri ilə baş verən tsiklik (dövrü) dəyişikliklər toplusudur.
Dövrün başlanğıcı aybaşı qanaxmasının ilk günüdür və növbəti aybaşıya qədər davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, normal menstrual dövr 21-35 gün arasında dəyişə bilərş Ən çox rast gəlinən orta göstərici 28 gündür.
Tam oxu
Xəbəri oxu