Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Xalq artisti Mənsum İbrahimov Vətən müharibəsində şəhid olan qardaşı oğlu İsrafil İbrahimovu anım günü ilə bağlı yad edib.
Modern.az xəbər verir ki, xanəndə şəhidin fotosunu sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb:
“Bu gün qəhrəman şəhidimiz İsrafil Zülfüqar oğlu İbrahimovun anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, İsrafil İbrahimov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. O, Ağdamda dəfn edilib.