Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır

09.07.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il ilk dəfə Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. İlk dəfə mənimlə Ankarada Leyli kimi səhnəyə çıxdı".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov tələbəsi, Əməkdar artist Arzu Əliyeva haqqında danışarkən deyib. "Qonaqcanlı" verilişində ad gününü qeyd edən A.Əliyeva haqqında xanəndə xoş sözlər deyib. Tələbəsindən danışan M.İbrahimov onu uğurlu tələbə adlandırıb.

Arzu Əliyeva isə müəllimi haqqında danışarkən "Biz birlikdə güclüyük. Mənsum İbrahimov mənim idealımdır. Baxmayaraq ki, kişi cinsindəndir, amma ona bənzəməyə çalışmışam. Ondan nəzakəti, səhnə mədəniyyətini, insanlarla davranmağı və bağışlamağı öyrənmişəm".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью