Mənsum İbrahimovun oğlu ilə bağlı PAYLAŞIMI FOTOLAR

23.07.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim İbrahimov Türkiyənin nüfuzlu Hacəttəpə Universitetinə qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, İfaçı bu xoş xəbəri şəxsi hesabında paylaşaraq oğlunun uğurundan qürur duyduğunu bildirib:

“Dostlar, oğlum İbrahim Hacəttəpə Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr pilləsinə qəbul olunub. Ailəmizə yaşatdığı bu sevincə görə bir valideyn olaraq onunla qürur duyuram. Yolu daim açıq olsun. İbrahimin timsalında bu il qəbul olan bütün gəncləri təbrik edirəm".

Qeyd edək ki, o, sözügedən ali məktəbdə Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsili alacaq.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью