Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyəli məşhur müğənni Murat Dalkılıç illərdir davam edən burun problemi ilə bağlı yaşadığı ağır müalicə prosesindən danışıb. 13 dəfə burun əməliyyatı keçirən sənətçi fiziki çətinliklərlə yanaşı, psixoloji baxımdan da ağır günlər yaşadığını bildirib.
Dalkılıçın burun problemi uşaqlıq illərindən başlayıb. İbtidai məktəb dövründə burun sümüklərinin xaricə doğru böyüməsinin qarşısını almaq məqsədilə ilk əməliyyatını keçirən müğənninin burnundakı qığırdaq toxumasının səhv müdaxilə nəticəsində tamamilə götürüldüyü bildirilir.
Qığırdaq dəstəyinin itirilməsi nəticəsində burnunda çökmə yaranan Dalkılıç sonrakı illərdə bir sıra düzəldici əməliyyatlar keçirib. Bu əməliyyatlar zamanı qulaq və qabırğasından götürülən toxumalardan da istifadə olunub.
Sənətçinin müalicə prosesi zamanı daha ciddi problemlər də yaşanıb. Toxuma yenilənməsi ilə bağlı yaranan problemlər səbəbilə infeksiyanın beyninə yayılması riski ilə üzləşən Dalkılıç təxminən 11 saat davam edən iki ağır əməliyyat keçirib və günlərlə komada qalıb. Uzunmüddətli müalicə səbəbilə konsertlərinə də fasilə verməli olub.
Təbii qığırdaq toxumasının tükənməsindən sonra onun burnuna tibbi protez yerləşdirilib. 13-cü əməliyyatdan sonra isə nəfəs alma probleminin aradan qalxdığı bildirilib.
Müğənni daha əvvəl səhhəti ilə bağlı danışarkən həkimlərin onun sağalacağına böyük ümid vermədiyini deyib.
“Artıq özümü yaxşı hiss edirəm, ən vacibi də budur. Bundan başqa, problemin yavaş-yavaş aradan qalxacağını düşünürəm. Heç düzəlməyəcəyini deyirdilər, heç bir şans vermirdilər. Bura qədər gəlməsi çox önəmlidir”.
Dalkılıç son olaraq qatıldığı televiziya proqramında isə yaşadığı prosesin onun psixoloji vəziyyətinə də təsir etdiyini vurğulayıb.
“Mental sağlamlığımı qorumağa çalışıram”, - deyə sənətçi bildirib.
Müğənninin sözləri onun uzun və ağır müalicə prosesinin hələ tam başa çatmadığını göstərib.
Leyla
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Dalkılıçın burun problemi uşaqlıq illərindən başlayıb. İbtidai məktəb dövründə burun sümüklərinin xaricə doğru böyüməsinin qarşısını almaq məqsədilə ilk əməliyyatını keçirən müğənninin burnundakı qığırdaq toxumasının səhv müdaxilə nəticəsində tamamilə götürüldüyü bildirilir.