Mənuçehr Əhədpura stop qoyuldu, şirkəti isə...

14.05.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İş adamı Mənuçehr Əhədpura məxsus şirkət riskli vergi ödəyiciləri siyahısına daxil edilib.

Ölkə.az qaynarinfo-ya istinadən xəbər verir ki, qanuni təmsilçisi Əhədpur Xangah Mənuçehr Əli oğlu olan "Az Universal Motors" MMC-nin Dövlət Vergi Xidmətinə 298.125,99 manat vergi borcu var.

Nizamnamə kapitalı 200 manat olan "Az Universal Motors" MMC-nin qanuni təmsilçisi iş adamı Mənuçehr Əhədpurun sözügedən borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub. 

İş adamının digər şirkətlərinə görə də külli miqdarda borcunun olduğu deyilir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью