Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Mənzil bazarında qiymətlər fantastik həddə çatır.
Ekspertlər burada qeyri-adi nəsə olmadığı qənaətindədirlər. Proqnozlar da ürəkaçan deyil, bahalaşma davam edəcək.
“Qafqazinfo” xəbər verir ki, kaspi.az mövzu ilə bağlı araşdırma aparıb.
Bildirilib ki, mənzil bazarında qiymətlərin artımını statistik məlumatlar da təsdiqləyir.
Belə ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb.
Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb.
Göründüyü kimi, qiymətlər sabitləşmir. Bəs bahalaşma nə vaxt səngiyəcək?
Daşınmaz əmlak bazarında qiymətlər bu il də artmaqda davam edəcəkmi?