Mənzil bazarında bahalaşma davam edir SƏBƏB?

02.11.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər il payız-qış mövsümündə mənzil bazarında durğunluq yaşanırdı. Bu da nisbətən də olsa qiymətlərin enməsi ilə müşahidə olunurdu. Amma bu il əksinə olub. Mənzil bazarında canlanma olduğundan qiymətlər də artıb.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə, canlanma həm yeni tikililərdə, həm də köhnə mənzillərin satışında müşahidə edilir. Bəs qiymətlər nə qədər artıb?

Ekspert bildirib ki, təkrar mənzil bazarındakı qiymət artımı ən çox çıxarışlı mənzillərdə müşahidə edilir. Buna səbəb də həmin daşınmaz əmlakların ipotekaya yararlı olmasıdır.

Nofəl Quliyev hesab edir ki, canlanmanın əsas səbəblərindən biri isə paytaxtda aparılan yenidənqurma işləri - köhnə binaların sökülməsi və yeni layihələrə olan maraqdır.

Qeyd edək ki, hazırda şəhərin mərkəzində ilkin mənzil bazarında mənzilin 1 kv.m üçün qiymət 2 500-5 000 manat civarında dəyişir. Ekspertlər bildirirlər ki, ilin sonuna qədər qiymətlərdə sabitləşmə gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mənzil bazarında bahalaşma davam edir - SƏBƏB?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью