Mənzil bazarında bahalaşma qiymətlər 4% artıb

24.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3.8% yüksəlib. İlkin mənzil bazarında qiymətlər 4.3%, təkrar mənzil bazarında isə 3.7% bahalaşıb.

Teleqraf.com xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2% olub.

İlkin mənzil bazarında 10.3%, təkrar mənzil bazarında isə 9.1% artım baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью