Mənzil bazarında bu il qiymətlər necə olacaq?

23.01.2026

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının mərkəzində və yaxın ərazilərdə torpaq sahələrinin kəskin bahalaşdığına, tikinti normativlərinin mürəkkəbləşdiyinə, eləcə də normativ hüquqi aktlar və tələblərin daha da çətinləşdiyinə görə, inşaat həcminin növbəti illərdə o qədər də yüksək olacağı gözlənilmir.

Qaynarinfo xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, tikinti həcminin yüksək olmaması səbəbindən qiymətlərin artımının davam edəcəyini proqnozlaşdırmaq olar:

“Tikinti xərclərinin artması da burada xüsusi rol oynaya bilər. Yəni tikinti xərclərinin artması, tikinti həcminin azalması və alıcılıq qabiliyyətinin düşməsi son nəticədə iki tendensiyanın üz-üzə gəlməsinə səbəb olacaq. Həm məhdudiyyətlər qiymət artımına səbəb olacaq, həm də alıcılıq qabiliyyətinin yüksək olmaması bazarda müəyyən durğunluğun yaranmasına səbəb olacaq. Bu iki tendensiyanın qarşılıqlı mübarizəsi nəticəsində qiymətlərin düşməsi ehtimalını gözləmirəm. Lakin qiymət artımının davam edəcəyi və ancaq əvvəlki illərə nisbətən daha az olacağını düşünürəm. Bizim proqnozlara uyğun olaraq, 2025-ci ildə torpaq sahələrinin qiyməti təqribən 20-22% artıbsa, 2026-cı ildə bunun təqribən 70%-i, yəni 15% civarında artım olacağını güman edirəm. Digər istiqamətlərə gəlincə, məsələn, köhnə tikililər 9,4% artıbsa, bu il artımın təqribən 6-7% arasında olacağını ehtimal edirəm. Yeni tikililərə gəlincə isə, yeni tikililərdə qiymət artımı təqribən 15% civarında olubsa, 2026-cı ildə daha aşağı, təqribən 10-11% civarında olacağını gözləyirəm. Yəni artım tendensiyası davam edəcək”.

V.Oruc bildirib ki, lakin qeyd olunan çətinliklər və bazardakı durğunluq bu artımın dinamik, ardıcıl olacağını istisna edir və iqtisadi vəziyyətlə bağlı hökumətin qəbul edəcəyi qərarlar, o cümlədən əhalinin iqtisadi fəallığı da burada xüsusi rol oynayacaq:

“Düzgün verilmiş qərarlar və aktiv iqtisadi fəaliyyət şəraitində dediyimiz proqnozlar özünü doğrulda bilər. Əgər hər hansı ehtimal olunan çətinliklər daha da mürəkkəbləşəcəksə, əhali aktiv iqtisadi fəaliyyət yolunu tutmayacaqsa, o zaman daha neqativ proqnozlar irəli sürmək olar. Amma düşünürəm ki, qiymətlərin artımı üçün ən pik illər – 2023, 2024, 2025-ci illər olub və yaxın 5 ildə bu tempdə artım gözləmək düzgün olmaz. Artım olacaq, amma qeyd etdiyim kimi, əvvəlki illərin təkrarı olmayacaq, fantastik qiymət artımlarından söhbət getməyəcək. Bu baxımdan proqnozumuz bundan ibarətdir”.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью