Mənzil bazarında durğunluq...

09.06.2026

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün dünyanın çox yerində evlər, mənzillər  günbəgün bahalaşır. Təbii ki, həmin bahalşma Bakının mənzil bazarlarında daha qabarıq görünür. Hər şeydən öncə hər ay Bakıda mənzillər az da olsa, bahalaşır. Şəhərin  mərkəzində və mərkəzə yaxın yerlərdə mənzillərin qiyməti çox bahadır.

Ona görə də əksər insanlar bu əl yandıran mənzillərə yaxın dura  bilmirlər! Nisbətən şəhərdənkənar  yerlərdə  qiymətlər bir qədər ucuz olsa da , amma o evlərə  yaxın durmaq  mümkün deyil! Məsələn, Yeni Günəşlidə, Əhmədldə şəhərin mərkəzinə nisbətən evlər  xeyli aşağı qiymətə satılır.

Mərdəkan, Şüvələn, Maştağa, Zabrat, Məhəmmədli, Kürdəxanı, Masazırda  evlər elə də ucuz deyil. Mənzil üzrə ekspert İlham Məmmədov deyir ki, son üç-dörd ayda mənzillərin alışında və satışında bir durğunluq yaranıb. Hər ay mənzillərin qiyməti artır. Amma bunu baxmayaraq, mənzil bazarında durğunluqdur.Əgər  əvvəllər bizim vasitəçiliyimizlə  ayda 6-7 mənzil satılırdısa, indi çox çətinliklə ən yaxşı halda biri satıla bilir! Çünki imkanlı və varlî adamların 3- 4 mənzili var, ortababablar isə çətinliklə də olsa , mənzil ala biliblər. Kasıblarınsa, mənzil almağa maddi imkanı çatmır.

Onda mənzil almaq üçün çıxış yolu ipotekaya qalır və onu da hər adama vermirlər.Bax ,beləcə  Bakıda mənzil bazarında durğunluq yaranıb, canlanma nə vaxt olacaq? Bax , onu deyə bilmərik!!!

Emil FAİQOĞLU  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью