Mənzil bazarında fantastik qiymətlərin səbəbləri: Rusiyadan gələnlər, tikintilərin azalmas…
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Azərbaycanda mənzil bazarında kəskin bahalaşma davam edir.
Son bir il ərzində qiymətlər 12 faizdən çox bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2025-ci ilin IV rübündə mənzil bazarında qiymətlər III rüblə müqayisədə 3.1 faiz artıb.
Daha dəqiq desək, ilkin mənzil bazarı üzrə (ilk dəfə alınan mənzillər) 4.3 faiz, təkrar mənzil bazarı üzrə (köhnə tikililər) 3 faiz artıb.
2025-ci ilin yanvar-dekabr aylarında isə 2024-cü ilin analoji dövrünə nisbətən 12.2 faiz qiymət artımı qeydə alınıb.
Qiymət artımı daha çox Bakıda qeydə alınıb.Ölkədəki iqtisadi göstəricilərə nəzərə salanda görünür ki, iqtisadi artım zəifdir.
Belə olan halda, Bakıdakı mənzil bazarında onsuz da baha olan qiymətlərin daha da qalxmasının səbəbi nədir?Əmlak məsələləri üzrə ekspert Cavid Hüseynov Bizimyol.info xəbər portalına bahalaşmanın səbəbləri barədə danışarkən bildirib ki, mənzil bazarına təsir göstərən müxtəlif amillər var.
Onun sözlərinə görə, Bakıdakı söküntülərdən tutmuş, Rusiya-Ukrayna müharibəsinə görə oradan qayıdan azərbaycanlılara qədər bir çox səbəblər mənzil bazarına təsir göstərir.Ekspertin sözlərinə görə, paytaxtın mərkəzi hissəsində, prestijli rayonlarda bahalaşma daha çox qeydə alınır.
Tam oxu
Xəbəri oxu