Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.
"Report" xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiri
685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Seçki ilə əlaqədar bu gün ölkədə qeyri-iş günüdür. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.