Mənzil kommunal təsərrüfatı birlikləri ləğv olunur: Əvəzində isə...

23.03.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) ləğv olunur.

Bakıvaxtı.az-ın əldə etdiyi  məlumata görə, paytaxtda bu prosesin iyun ayınadək başa çatması gözlənilir.
Qeyd edək ki, Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına əsasən, Bakı da daxil olmaqla ölkədəki mənzil-kommunal istismar sahələrinin ləğvi və idarəetmənin müasir, özəl və ya kommunal müəssisələr vasitəsilə təşkili nəzərdə tutulur.

Onu da bildirək ki, MKTB-lərin əvəzinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yeni vahid mənzil-kommunal təsərrüfatı MMC-ləri yaradılacaq. Bu islahat, idarəetməni müasirləşdirmək, xidmət keyfiyyətini artırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır. Yeni strukturlar sakinlərlə müqavilələr əsasında fəaliyyət göstərəcək.

Murad Məmmədli 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью