Mənzil satışında yenilik Bundan sonra... | Icma.az
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısını alacaq.
Sfera.az xəbər verir ki, bu haqda açıqlamanı AQP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Fərzəliyev verib.
E.Fərzəliyev qeyd edib ki, daşınmaz əmlak bazarında uzun illərdir ki, süni və təbii formada qiymət artımları baş verir.
AQP rəsmisinin sözlərinə görə, süni qiymət artımına şərait yaradan amillərdən biri də qiymətləndiricilərin bir çoxunun qeyri-peşəkar olmasıdır: “Süni qiymət artımına rəvac verən bir sıra amillər var.
Onlardan biri də daşınmaz əmlaklara şişirdilmiş qiymətləndirmə rəylərinin verilməsidir.
Əmlak bazarında fəaliyyət göstərən bəzi rieltorlar reallığa uyğun olmayan fantastik qiymətlərə daşınmaz əmlakları satışa çıxarıblar.
Artıq Azərbaycan Qiymətləndiricilər Palatası rəsmi formada fəaliyyətə başlayıb.
Tam oxu
Xəbəri oxu