Mənzilin tavanı çökdü xəsarət alanlar var

03.01.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Şabranda mənzilin tavanı çöküb.

Milli.Az xəbər verir ki, şəhərin dəmir yolu stansiyası ətrafında olan iki mərtəbəli çoxmənzilli binalardan birində mənzilin tavan hissəsi sakinlərin üzərinə çöküb. Bir neçə nəfərin yüngül xəsarətlər aldığı bildirilir.

Şabran rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə istismar dövrünü başa vuran binalardan birində baş verib. Həmin bina İH-nin balansında deyil.
Fakt araşdırılır. (APA)
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью