Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, sentyabrda Bakıda yeni tikili mənzillər illik 14,3% bahalaşıb. Səbaildə artım 22%, Yasamalda 20,6%, Xətaidə 19% olub".
"Cebheinfo.az" xəbər verir ki, bun iqtisadçı ekspert Eyyub Kərimli deyib.
Eyni zamanda, oktyabrın 6-dan satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə yeni müraciətlərin qəbulu müvəqqəti dayandırılıb: "Fondun açıqlamasına görə, gündə 100-dən çox müraciət daxil olur və müraciətlər mövcud mənzil təklifini dəfələrlə üstələyir. Əvvəlki müraciətlər və növbəlilik isə qüvvədə qalır. Ailə pul yığır, amma mənzilin qiyməti yığımdan daha sürətlə artırsa, ev almaq arzusu uzaqlaşır. Məsələn, 100 min manatlıq mənzilin 14,3% bahalaşması əlavə 14 300 manat xərc deməkdir".
Ekspertin fikricə, çıxış yolu yalnız kredit imkanlarının artırılması deyil: "Münasib qiymətli mənzil təklifi genişlənməli, nəqliyyat və kommunal infrastrukturu olan ərazilərdə əlçatan yaşayış layihələri artırılmalıdır. Əks halda, əlavə maliyyələşmə qiymətləri daha da yüksəldə bilər.
Mənzil bazarının uğuru qiymətlərin nə qədər artması ilə deyil, işləyən ailənin ev ala bilməsi ilə ölçülməlidir".
Xəzər
"Cebheinfo.az"
Açar sözlər: mənzillər Eyyub Kərimli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin