Mənzurə: Əflatuna toy oxumağı mən öyrətmişəm

24.04.2025

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Mənzurə Musayeva həmkarı Əflatun Qubadovla bağlı qalmaqallı açıqlamalar edib.

AZXEBER.COM xəbər verir ki, ATV-də yayımlanan "Rəngarəng" verilişinə qatılan xanım müğənni Əflatun Qubadovun məşhur olmaq üçün ona yalvardığını deyib.

Onun sözləri digər qonaqlarda çaşqınlıq yaradıb:

"Əflatuna toy oxumağı mən öyrətmişəm. O mənə yalvarırdı ki, onunla toya ucuz qiymətə gedim. Mənim xəbərim olmadan, mənim adımdan gedib ucuz qiymətə toy danışırdı. Ona hörmət edib, qəlbi sınmasın deyə ucuz qiymətə getmişəm, onunla oxumuşam. Siz onu Əflatun Qubadov olandan sonra tanımısınız, mən isə adi müğənni olan vaxtdan”.

Aysel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью