Mənzurə Musayeva 7 saatlıq plastik əməliyyatından narazıdır

03.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Müğənni Mənzurə Musayeva 4 ay əvvəl keçirdiyi plastik əməliyyatından söz açıb. 

Lent.az xəbər verir ki, o, bu haqda qonaq olduğu verilişdə danışıb:

"Əməliyyatdan sonra istədiyim effekti görmədim. Məni əməliyyat edən həkim söyləyir ki, üzün hələ də şişdir. Amma mənə elə gəlir ki, şiş yoxdur.

Əməliyyatımdan 4 ay vaxt keçib. O deyir ki, 2 aydan sonra yanıma gələrsən. Narazılığın varsa, onda bildirərsən. Düşünürdüm ki, üzüm daha da dartılacaq. Üzgərməyə nə deyirlər? Əgər üzüm əvvəlki kimi qalacaqdırsa, əməliyyat niyə etdirirdim ki? 7 saat mən narkozda olmuşam. Adamdan soruşarlar ki, sən 7 saat nə edirdin?".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью