Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

29.10.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarının toyunda Mənzurə Musayevanı görmək istədiyini bildirib.

O, müğənninin əvvəllər 500 manata da toya getməyə hazır olduğunu söylədiyini xatırladaraq, onunla əlaqə saxlamaqda çətinlik çəkdiklərini deyib:

“Verilişlərin birində Mənzurə xanım deyib ki, 500 manata da toya gedərəm. Mənzurə Musayevanın özü ilə əlaqə saxlaya bilmirik. Telefonunu köməkçiləri götürür və toy üçün böyük məbləğ istəyirlər. Bizim isə həmin məbləği verməyə imkanımız yoxdur. Mənzurə xanım 500 manata yarım saat oxuyacağına söz verib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью