“Meqa Həyat Sığorta” yığımlarını təxminən ikiqat artırıb

24.09.2026

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Meqa Həyat Sığorta” ASC 2026-cı ilin yanvar–avqust aylarında yığımlarda bazarın ən yüksək artım templərindən birini nümayiş etdirib.

Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, şirkət 20 milyon 34 min manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə bu rəqəm 10 milyon 849 min manat idi.

Beləliklə, yığımlar bir ildə 9 milyon 185 min manat və ya 84,7% artıb.

Sığorta ödənişləri isə 3 milyon 550 min manatdan 4 milyon 278 min manata yüksəlib. Artım 20,5% olub.

Yığımların ödənişlərdən xeyli sürətli artması nəticəsində ödəniş/yığım nisbəti 32,7%-dən 21,4%-ə geriləyib.

Şirkətin bazardakı payı 1,04%-dən 1,80%-ə yüksəlib. Yığım həcminə görə “Meqa Həyat Sığorta” 11-ci mövqedən 7-ci pilləyə qalxıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью