Meqa Sığorta və Meqa Həyat Sığorta şirkətlərinin əməkdaşları Azərbaycan Xalq Cümhuriyyəti zirvəsinə qalxıblar FOTO

03.06.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nin əməkdaşları Azərbaycan Xalq Cümhuriyyəti zirvəsinə qalxdılar və bir daha sübut etdilər ki, birlikdə hər zirvə fəth olunur! Bu təşəbbüs şirkətlərin milli dəyərlərə və tarixə olan hörmətini, vətənpərvərliyi, eyni zamanda komanda ruhunu və məqsədyönlülüyünü nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti zirvəsi 2018-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Cənubi Qafqazın yuxarı hissəsində yerləşən adsız yüksəkliyə verilmişdir. 3740 metr hündürlüyə malik bu zirvə qısa zamanda ölkəmizdə geniş tanınaraq rəmzi məna daşımağa başladı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью