Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
“Meqa Sığorta” ASC 2026-cı ilin ilk 8 ayında 24 milyon 115 min manat sığorta haqqı toplayıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, ötən ilin eyni dövründə şirkətin yığımları 22 milyon 887 min manat təşkil etmişdi. Artım 1 milyon 228 min manat və ya 5,4%-dir.
Ödənişlər isə 10 milyon 508 min manatdan 11 milyon 306 min manata yüksəlib. Artım 7,6% təşkil edib.
Ödənişlərin yığımlardan bir qədər sürətli artması nəticəsində ödəniş/yığım nisbəti 45,9%-dən 46,9%-ə yüksəlib.
“Meqa Sığorta”nın bazar payı 2,18%-dən 2,16%-ə cüzi geriləyib. Şirkət yığım həcminə görə 6-cı mövqeyini qoruyub.