“Meqa Sığorta”nın itkiləri kəskin artdı

26.05.2025

Icma.az bildirir, Tribuna portalına istinadən.

Bu ilin yanvar-aprel aylarında “Meqa Sığorta” şirkətinin yığımlarında azalma müşahidə edilib.

Tribunainfo.az valyuta.az-a istinadən xəbər verir ki, cari ilin ilk dörd ayında sığorta şirkəti 10 milyon 158 min manat sığorta yığımı əldə edib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 111 min manat və ya 17,21% azalma deməkdir. 2024-cü ilin yanvar-aprel aylarında “Meqa Sığorta” 12 milyon 269 min manat sığorta haqqı toplaya bilib.

Eyni dövrdə sığorta şirkəti 5 milyon 64 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 882 min manat və ya 21,09% çoxdur. 2024-cü ilin yanvar-aprel aylarında “Meqa Sığorta” 4 milyon 182 min manat sığorta ödənişi həyata keçirmişdi.

Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. Belə ki, şirkət ötən ilin yanvar-aprel aylarında topladığı hər 100 manatdan 34,09 manatını ödənişə yönəltmişdisə, bu ilin eyni dövründə bu rəqəm 49,9 manata yüksəlib.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 mln. manatdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью