Meqan Markl Keyt Middlton ilə barışmaqdan imtina etdi

14.02.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Böyük Britaniyanın şahzadəsi Keyt Middlton xərçəngə qalib gəldikdən sonra hersoginya Meqan Markl onunla barışmaqdan imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə saray yazıçısı və bioqraf Tom Kuinn "Fabulous"a verdiyi müsahibəsində danışıb.

"Keytin diaqnozu Meqan və Harrini həqiqətən heyrətə gətirib. Nəticədə, Kaliforniyadan Vindzora rəsmi olaraq təəssüf mesajları göndərildi və çox qısamüddətli bir barışıq baş verdi", - müəllif bildirib.

Lakin bu rəsmi mesajlardan kənarda, Keyt Middlton və Meqan Markl arasındakı düşmənçilik davam edib. Sasseks hersoginyası barışmaqdan imtina edib və münaqişəni davam etdirib.

"Onların münasibətləri od yox, daha çox buz kimidir", - Kuinn yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью